Azərbaycan Prezidenti Qəbələdə bir sıra obyektlərdə olub - FOTOLAR

Azərbaycan Prezidenti Qəbələdə bir sıra obyektlərdə olub -FOTOLAR

28 Oktyabr, 12:11 Sosial mediada paylaşın:

Prezident İlham Əliyev oktyabrın 28-də Qəbələ rayonunun Vəndam qəsəbəsində dekorativ gülçülük istixanası ilə tanış olub.

AZTV.AZ xəbər verir ki, dövlət başçısına istixanada görülən işlərlə bağlı məlumat verilib. Bildirilib ki, “AzRose” MMC xüsusi qızılgül növlərinin yetişdirilməsi üçün Qəbələ rayonunun Vəndam kəndində istixanaların quraşdırılması işlərinə 2017-ci ildən başlayıb. Qəbələ istixana kompleksinin yaradılmasında 90 illik holland təcrübəsinə malik “Bosman van Zaal” şirkətinin texnoloji yeniliklərindən istifadə olunub. Burada “Red Naomi”, “Avalanj”, “Talea”, “Aqua”, “Sweet Avalanj”, “Jumilia”, “Wow” və “London eye” kimi xüsusi qızılgül növləri yetişdirilir, yerli və xarici bazarlara satışa çıxarılması hədəflənir. Bu məhsullar bazara “Made in Azerbaijan” brendi ilə çıxarılacaq. Bundan məqsəd həm ölkəmizin adını beynəlxalq arenada uğurla təmsil etmək, həm də bu brend adı altında çeşidin çoxalmasına töhfə verməkdir.

Bundan başqa, Qəbələ rayonunda 110/35/10 kilovoltluq “Qəbələ” elektrik yarımstansiyası yenidənqurmadan sonra istismara verilib.

Prezident İlham Əliyev yarımstansiyada yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.

Dövlət başçısı “Qəbələ” elektrik yarımstansiyasını və eyni zamanda, 110/35/10 kilovoltluq “Ağdaş” elektrik yarımstansiyasını işə salıb.

Daha sonra ölkə başçısı Qəbələ şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin istifadəyə verilməsi mərasiminə qatılıb.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qəbələ filialının da açılış mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti açılış mərasimində iştirak edib.

Filialda yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev müəssisənin kollektivi ilə görüşüb.

CANLI YAYIM