Bələdiyyə seçkilərinin tarixi müəyyən edildi

Bələdiyyə seçkilərinin tarixi müəyyən edildi

18 Oktyabr, 16:34 Sosial mediada paylaşın:

Azərbaycanda bələdiyyə seçkilərinin vaxtı müəyyən edilib.

AZTV.AZ xəbər verir ki, bununla bağlı bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında bildirilib.

İclasa sədrlik edən MSK sədri Məzahir Pənahov vurğulayıb ki, ötən bələdiyyə seçkiləri 2014-cü il dekabrın 23-də baş tutub və bu ilin dekabr ayının 23-də bələdiyyə üzvlərinin səlahiyyətləri başa çatır.

M.Pənahov bu il bələdiyyə seçkilərinin dekabrın 23-də keçirilməsini məqsədəuyğun hesab etdiyini vurğulayaraq təklifi səsə qoyub.

Təklif MSK üzvləri tərəfindən yekdilliklə qəbul edilib.

CANLI YAYIM