Bakı-Tbilisi-Ərzurum kəməri ilə nə qədər təbii qaz göndərilib?

18 Oktyabr, 11:14 Sosial mediada paylaşın:

Yanvar-sentyabr aylarında Azərbaycandakı magistral qaz kəmərləri ilə 19 milyard 916,9 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18,5 faiz artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən AZTV.AZ-a verilən məlumata görə, 9 ayda qaz nəqlinin 37,2 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə 7 milyard 412,8 milyon kubmetr təbii qaz ixrac edilib.