Son 9 ayda 22 minə yaxın qadın işlə təmin edilib

Son 9 ayda 22 minə yaxın qadın işlə təmin edilib

17 Oktyabr, 14:33 Sosial mediada paylaşın:

Cari ilin yanvar-sentyabr ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 61 791 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlərlə təmin olunub.

Bu barədə AZTV.AZ-a nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib. Bildirilib ki, onlardan 21 978-i qadınlardır.

Məlumata görə, həssas qrupdan olan şəxslərin və gənclərin əmək bazarına çıxışının dəstəklənməsi, onların səmərəli məşğulluğuna şərait yaradılması işləri də davam etdirilib. Belə ki, işlə təmin edilənlərdən 14 989-u gənclər, 3676-sı məcburi köçkünlər, 1805-i isə əlilliyi olan şəxslər olub.

CANLI YAYIM