Azərbaycandan MDB ölkələrinə məhsul ixracı artıb

Azərbaycandan MDB ölkələrinə məhsul ixracı artıb

16 Oktyabr, 15:00 Sosial mediada paylaşın:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan MDB ölkələrinə 853 milyon 336 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, bu göstərici ötən ilin eyni dövrünə nisbətən 125 milyon 621 min dollar çoxdur.

Doqquz ayında Azərbaycanın MDB ölkələrindən idxal etdiyi məhsulun dəyəri isə 2 milyard 426 milyon 870 min dollar olub.

CANLI YAYIM