Njde, faşist svastikaları və Paşinyan - ŞƏRH

Njde, faşist svastikaları və Paşinyan - ŞƏRH

15 Oktyabr, 16:54 Sosial mediada paylaşın:

Prezident İlham Əliyev Aşqabadda MDB dövlət başçılarının zirvə görüşündə Ermənistanın baş naziri Nikol Paşinyanın faşist cəlladı Qaregin Njde ilə bağlı iddialarını darmadağın etdikdən sonra ekspertlər İrəvanda bu bəyanatlardan nəticə çıxarılacağını düşünürdülər. Lakin işğalçı ölkədə nəinki Njdenin abidəsinin demontaşı istiqamətində hər hansı addım atılmır, hətta onun təbliği ilə bağlı yeni üsullar tətbiq edilir. Bu sıraya Respublikaçılar Partiyasının gerbində faşizm elementlərinin yer aldığını da əlavə etsək, Ermənistanda nasist Almaniyasına məxsus svastikalara total marağın artdığı bir daha ortaya çıxır.

Prezident İlham Əliyevin MDB dövlət başçıları şurasının iclasında erməni satqını, nasist əlaltısı Qaregin Njde ilə bağlı qaldırdığı məsələ Ermənistanda böyük ajiotaja səbəb olsa da, ölkədə faşizm ənənələri və şovinizm düşüncə tərzinin kütləvi təbliği prosesi davam edir. Aşqabad sammitində Azərbaycan Prezidentinin tutarlı arqumentləri qarşısında aciz duruma düşən, hakimiyyətə demokratiya dalğasında gəldiyini iddia edən baş nazir Nikol Paşinyanın getdikcə sələflərindən də artıq millətçilik ideyalarının təsiri altına düşməsi rəsmi İrəvanla konstruktiv əməkdaşlığı, faktiki, mümkünsüz edir. Bu, təbiidir, çünki Njde kimi caniyə heykəl qoymaq, faşist svastikalarını yaymaq, hakimiyyətə can atan Respublikaçılar Partiyasının gerbində nasist partiyasına məxsus elementlərə yer vermək nümunəsində qətiyyətlə söyləmək olar ki, hazırkı mərhələdə faşizm təxəyyülünə sahib dairələrlə pozitiv münasibətlər qurmaq son dərəcə absurd görünür.

Nikol Paşinyanın Aşqabadda irəli sürdüyü tezisin əsassız olduğunu bu gün erməni mətbuatında gedən yazılardan da görmək olur. Belə ki, postsovet məkanında və xüsusən də Rusiyada faşist cəlladı Qaregin Njdeyə ciddi antipatiyanın ortaya çıxdığı bir dönəmdə İrəvan siyasətçiləri Böyük Vətən Müharibəsi veteranlarının həssaslığını nəzərə almayaraq bu erməni quldurunun təşviqatı ilə məşğuldur. Hətta bir neçə müddətdir ki, Rusiyada Njde personasına guya ciddi marağın olduğu və internet şəbəkəsində ona rəğbətlə yanaşıldığına dair məlumatlar dövriyyəyə buraxılıb. Halbuki, Qaregin Njdenin həyat yolu ilə bağlı məlumatlar hazırkı erməni təbliğatının tam yalan üzərində qurulduğunu sübuta yetirir. Məsələn, Paşinyan iddia edir ki, Njde Ermənistanı türk ordusunun hücumundan qorumaq üçün Almaniya nasistləri ilə əməkdaşlıq edib, halbuki, istər birinci, istərsə də ikinci dünya müharibələrində Türkiyə Almaniyanın müttəfiqi olub. Erməni mənbələrinin yazdığına görə, 1944-cü ildə sovet qoşunları Bolqarıstana daxil olarkən Njde sovet ordusunun Türkiyəyə müharibə elan edəcəyini gözləyirmiş. Bu isə birbaşa ermənilərin hətta nasist müttəfiqlərinə belə xəyanət etdiyini təsdiq edir. Başqa sözlə, erməni milləti tarixən yararlandığı xəyanət üsullarından bu gün də geniş istifadə edir.

Bəli, faşizm ideologiyası təkcə Ermənistanda hakimiyyətə can atan Respublikaçılar Partiyasının deyil, digər ultrasağ qüvvələrin də fəaliyyət devizinə çevrilib. Terrorçu təfəkkürünə sahib Daşnaksütyundan tutmuş Paşinyanın sıx əməkdaşlıq etdiyi “Sasna Tsrer”ə qədər bütün hərbi-siyasi təşkilatlar faşizm elementlərinin tətbiqini dəbə salıblar. Maraqlısı budur ki, təcavüzkar dövlət bu barədə ənənəvi müttəfiqlərinin belə iradlarını nəzərə almır. Njde kimi faşistə İrəvanın mərkəzində heykəl ucaldılması, habelə, faşist svastikalarının siyasi gündəmə gətirilməsi isə, birincisi, bir daha Ermənistanın terrorçu dövlət olduğunu təsdiqləyir, ikincisi, işğalçı ölkənin baş qaldırmaqda olan nefofaşimzlə ciddi əlaqələrini ortaya qoyur və nəhayət, Ermənistanın simasında Cənubi Qafqazda sülh və təhlükəsizlik üçün ciddi təhdidin yarandığını göstərir.

 

CANLI YAYIM