Suriyada əməliyyatlar davam edir - 24 terrorçu Türkiyə ordusuna təslim oldu

Suriyada əməliyyatlar davam edir - 24 terrorçu Türkiyə ordusuna təslim oldu

15 Oktyabr, 11:46 Sosial mediada paylaşın:

Türkiyə silahlı qüvvələrinin Suriya ərazisində həyata keçirdiyi “Sülh çeşməsi” əməliyyatı davam edir.

Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı son məlumata əsasən, əməliyyatlar zamanı 560 terrorçu məhv edilib. 24 terrorçu təslim olub. Nazirlik həmçinin ordunun Tel-Abyad və Rəsulayn şəhərlərinə, o cümlədən strateji əhəmiyyətli yola nəzarət etdiyini bildirib. Tunel və mağaralar pilotsuz uçuş aparatları ilə vurulduğu üçün terrorçular öz mövqelərini tərk edirlər. Terrorçulara silah və canlı qüvvə daşıyan bir neçə avtomobil dəqiq atəşlə məhv edilib.

Hazırda türk silahlı qüvvələri qəsəbələrin terror qruplaşmalarından təmizlənməsi üçün əməliyyatları davam etdirir. Membiç şəhərinin azad edilməsi üçün əməliyyat zonasına hərbi texnika və canlı qüvvə gətirilməsi davam edir.

CANLI YAYIM