Polşada Azərbaycanlıların Koordinasiya Şurası təsis edilib

Polşada Azərbaycanlıların Koordinasiya Şurası təsis edilib

14 Oktyabr, 12:42 Sosial mediada paylaşın:

Polşada yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının təsis iclası keçirilib.

AZTV.AZ xəbər verir ki, görüşdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ problemi, Azərbaycan diasporunun inkişaf istiqamətləri, diaspor hərəkatının yeni keyfiyyət müstəvisinə daşınması yolunda atılan addımlar barədə danışılıb. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Koordinasiya Şurasının faəliyyəti barədə məlumat verərək bildirib ki, əsas məqsəd qurumun tərkibinə daxil olan təşkilatların fəaliyyətini əlaqələndirmək, təşkilatların milli regional və beynəlxalq səviyyədə maraqlarının həyata keçirilməsinə və mütəşəkkilliyinin möhkəmləndirilməsinə dəstək olmakdır.

İclasda Koordinasiya Şurasının idarə heyətinə üzvlər seçilib. Tədbirdə həmçinin Azərbaycan Diasporuna Dəstək Fondunun təqdimatı da keçirilib.

CANLI YAYIM