Azərbaycan və Qazaxıstan arasında vizasız rejim qaydaları dəyişdi

Azərbaycan və Qazaxıstan arasında vizasız rejim qaydaları dəyişdi

14 Oktyabr, 11:23 Sosial mediada paylaşın:

Oktyabrın 14-də Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı vizasız səfərlər haqqında razılaşmaya dəyişikliklərin edilməsinə dair protokol imzalanıb.

AZTV.AZ xəbər verir ki, sənəd Türkdilli ölkələrin Xarici İşlər Nazirləri Şurasının Bakıda keçirilən iclası çərçivəsində imzalanıb.

Sənədi Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Qazaxıstanın Daxili İşlər naziri Erlan Turqumbayev imzalayıblar. Dəyişikliklər müvafiq ölkələrin parlamentləri tərəfindən ratifikasiya olunduqdan sonra qüvvəyə minəcək.

Razılaşmaya əsasən, Qazaxıstan və Azərbaycan vətəndaşlarının müvafiq olaraq bu ölkələrin ərazisində qalma müddəti 30 gündən 90 günə qədər artırılır, həmçinin həmin vətəndaşlar 30 günə qədər rəsmi orqanlarda qeydiyyata düşməkdən azad edir.

CANLI YAYIM