Prezident İlham Əliyev şahmatçı Aydın Süleymanlını təbrik edib - VİDEO

Prezident İlham Əliyev şahmatçı Aydın Süleymanlını təbrik edib - VİDEO

13 Oktyabr, 17:23 Sosial mediada paylaşın:

Prezident İlham Əliyev 14 yaşlılar arasında dünya çempionu adını qazanmış yeniyetmə şahmatçı Aydın Süleymanlını təbrik edib. Təbrikdə deyilir:

 

Əziz Aydın,

Hindistanda oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatında 14 yaşlılar arasında qələbə qazanmağın münasibətilə səni ürəkdən təbrik edirəm.

Sən ilk turlardan yarışa liderlik edərək turniri qələbə ilə başa çatdırdın və həmyaşıdların arasında şahmat üzrə dünya çempionu adını qazanaraq şahmat tariximizdə daha bir parlaq səhifə açdın.

Sənə ən xoş arzularımı yetirir, yeni-yeni qələbələr diləyirəm.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 oktyabr 2019-cu il.

CANLI YAYIM