Efiopiyanın Baş Naziri Nobel sülh mükafatına layiq görülüb

11 Oktyabr, 20:50 Sosial mediada paylaşın:

2019-cu il üzrə Nobel Sülh mükafatı sülhə və beynəlxalq əməkdaşlığa nail olmaq üçün göstərdiyi səylərə və xüsusən qonşu Eritreya ilə sərhəd münaqişəsinin həlli ilə bağlı qətiyyətli təşəbbüsünə görə Efiopiyanın Baş Naziri Abiy Əhməd Əliyə verilib.

Bu barədə məlumatı oktyabrın 11-də Osloda Norveç Nobel Komitəsinin sədri Berit Reiss-Andersen xüsusi keçirilən tədbirdə elan edib.