“II Azərbaycan Xalq Mahnıları Festivalı” Gəncədə

“II Azərbaycan Xalq Mahnıları Festivalı” Gəncədə

10 Oktyabr, 13:00 Sosial mediada paylaşın:

Azərbaycan Televiziyası “Mədəniyyət” telekanalının təşkilatçılığı ilə keçirilən “II Azərbaycan Xalq Mahnıları Festivalı”nın ikinci günü Gəncə şəhərində uğurlu konsert proqramı ilə başa çatıb.

AZTV.AZ xəbər verir ki, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Ozan” qədim musiqi alətləri ansamblının və “Göygöl” Dövlət Mahnı və Rəqs ansamblının ifasında Azərbaycan xalq mahnıları səslənib. Konsertdə xalq artisti Şahnaz Haşımova və bir sıra başqa ifaçıların çıxışları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Xatırladaq ki, festival 13 oktyabra qədər davam edəcək və müxtəlif musiqi kollektivləri müxtəlif konsert salonlarında bir-birindən zəngin repertuarlarla öz tamaşaçılarını sevindirəcək.

CANLI YAYIM