Türkiyə silahlı qüvvələri “Sülh çeşməsi” antiterror əməliyyatına başlayıb

Türkiyə silahlı qüvvələri “Sülh çeşməsi” antiterror əməliyyatına başlayıb

10 Oktyabr, 11:37 Sosial mediada paylaşın:

Türkiyə ordusunun Suriya ərazisində başladığı “Sülh çeşməsi” antiterror əməliyyatı davam edir.

Əməliyyat nəticəsində Suriyanın Telabyad və Rasulayn əyalətlərində terror qruplaşmalarına məxsus silah anbarları məhv edilib. Hərbi aviasiya və PUA-ların da istifadə edildiyi əməliyyat zamanı 181 hədəfə zərbə endirilib. Manevrlər başlayandan 60-dək terrorçu zərərsizləşdirilib. Qruplaşmaların Türkiyənin Mardin şəhərinə atdığı rakketlərin çoxu boş ərazidə partlayıb.

Ceylanpınar qəsəbəsinin mərkəzinə düşən mərmi tələfat törətməyib. Terrorçular şinləri yandıraraq maskalanma yaratmaq istəsələr də, bu, türk pilotların döyüş tapşırığını yerinə yetirməsinə mane olmayıb.

CANLI YAYIM