Kiloqramı 20 manatdan baha olan badam ucuzlaşacaq - YERLİ İSTEHSAL ARTIR

Kiloqramı 20 manatdan baha olan badam ucuzlaşacaq - YERLİ İSTEHSAL ARTIR

9 Oktyabr, 15:57 Sosial mediada paylaşın:

Badamçılıq Azərbaycan üçün ənənəvi sahə hesab olunsa da Sovet İttifaqının dağılmasından sonra badam bağları ancaq yaddaşlarda, xatirələrdə qalmışdı. Təbii ki, bunun da obyektiv və subyektiv əsasları var idi. Yalnız 2016-cı ildən bu sahə yenidən dirçəlib.

Badamçılıq Azərbaycanın aqrar tarixində ənənəvi məhsullardandır. Sovet dövründə istehsal, əsasən, Abşeron və Naxçıvanın payına düşürdü. Sovetlər birliyinin dağılması ilə müəyyən səbəblərdən istehsalda durğunluq yaşandı. Tarixi ənənə prezident İlham Əliyevin sahibkarlara tövsiyəsi ilə bərpa olundu.

AZTV.AZ-ın xəbərinə görə, statistika onu deməyə əsas verir ki, cəmi 2 il ərzində əldə olunan nəticələr badamçılığın inkişafı strategiyasını doğruldur. 2018-ci ildə Azərbaycanda 1233 hektardan cox ərazidə badam bağı salınıb. Keçən il sahələrdən orta hesabla 3160 kiloqram badam yığılıb. Bu il isə təkcə Abşeronun Qala kəndindəki 80 hektar ərazidən nə az, nə çox - 50 tona yaxın badam əldə olunub. Yarımadada ümumi əkin sahəsi 500 hektardan artıqdır.

Badam dünyada ən gəlirli kənd təsərrüfatı məhsullarındandır. İstehsalı, əsasən, meyvə bağlarında mürəkkəb irriqasiya sistemindən asılı olsa da, həlledici faktor iqlimdir. Ölkəmizdə də bu həlledici amil mövcuddur. Qalanın badam bağlarına su Samux-Abşeron kanalından çəkilib. Sonrakı illərdə Badam bağlarının genişləndirilməsi nəzərdə tutulur.

Hazırda paytaxt bazarlarında badam ləpəsinin bir kiloqramının qiyməti 20 manatdan yüksəkdir. Satılan badam isə daha çox ABŞ-dan və Avropadan idxal edilən məhsuldur. Yerli istehsalla bazarda badam qiymətləri ucuzlaşacaq. Xarici məhsulun yerini Qala və Bilgəh badamı tutacaq.

Ayşəm Rüstəmova

CANLI YAYIM