Bu gün Xəzər dənizində iki dəfə zəlzələ olub.
Respublika Seysmoloji Xidmət Mərkəzindən AZTV.AZ-a verilən məlumata görə, yeraltı təkan ilkin məlumatlara əsasən, 09:33-də Xəzər dənizində qeydə alınıb.
3.5 ballıq yeraltı təkanların dərinliyi 8 km olub.
Qeyd edək ki, bu, dənizdə gün ərzində baş verən 2-ci zəlzələdir. Daha əvvəl 07:06-da Xəzər dənizində zəlzələ qeydə alınıb.