Bakıda daha bir yol təmir edildi

8 Oktyabr, 17:00 Sosial mediada paylaşın:

Paytaxtın şimal giriş hissəsində nəqliyyat axınına təsir edən Asif Məhərrəmov küçəsi əsaslı şəkildə yenidən qurulub və vətəndaşların istifadəsinə verilib.

AZTV.AZ xəbər verir ki, əsaslı şəkildə təmir olunan küçənin uzunluğu 1,1 km, eni isə 20 metrdir. Vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün mövcud piyada səkiləri bərpa edilib. Küçə boyu su və qaz xətləri aidiyyəti qurumlar tərəfindən yenilənib. Nəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün yol nişanları quraşdırılıb, üfüqi nişanlanma xətləri çəkilib.

Qeyd edək ki, uzun müddət əsaslı təmir olunmayan küçənin asfalt-beton örtüyündə deformasiyalar əmələ gəlmişdi. Bu isə hərəkətin intensivliyinə mənfi təsir göstərirdi.