TANAP çərçivəsində ətraf mühitin mühafizəsi məqsədilə 1000 layihə həyata keçirilib

8 Oktyabr, 13:34 Sosial mediada paylaşın:

“TANAP layihəsinin icrası çərçivəsində bu günədək boru kəməri marşrutu boyunca sosial və ətraf mühitin mühafizəsi məqsədilə 1000-dək layihə həyata keçirilib”.

AZTV.AZ xəbər verir ki, bu barədə TANAP-ın baş direktoru Saltuk Düzyol oktyabrın 8-də İstanbulda keçirdiyi mətbuat konfransında deyib. S.Düzyol bildirib ki, layihənin icrası zamanı boru kəmərinin keyfiyyətində, ətraf mühitin mühafizəsində, əməyin təhlükəsizliyində və sağlamlığın qorunmasında beynəlxalq standartlara əməl olunub. Layihə çərçivəsində 131 620 əsas xətt borusunun qaynağı həyata keçirilib. İnşaat çərçivəsində 5 milyon kubmetrdən çox qazıntı işi və 7 minədək xüsusi keçid həyata keçirilib. Boru kəmərinin keçdiyi ən yüksək nöqtə 2760 metr, ən dərin nöqtə isə dəniz səviyyəsindən 65 metr aşağıda qeydə alınıb.