"Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin "Mədəniyyət" telekanalında yeni kadr təyinatı olub. Gənc jurnalist Bəhruz Niftəliyev "Mədəniyyət" telekanalında direktor müavini postuna təyin edilib.
“Sevgi və vicdanla işimi görməkdən hər zaman zövq aldım. Bundan sonra isə yoluma "Mədəniyyət" kanalının direktor müavini kimi davam edəcəyəm. Təşəkkür edirəm!” - deyən Bəhruz Niftəliyev eyni zamanda, gəncləşən və inkişaf edən Azərbaycan Televiziyasında belə bir vəzifənin icrasına başlamağın qürurverici olduğunu bildirib.
Qeyd edək ki, Bəhruz Niftəliyev təyinata qədər Azərbaycan Televiziyasının "Mədəniyyət xəbərləri" redaksiyasında müxbir, redaktor, baş redaktorun müavini vəzifələrində çalışıb.