Gəncə Dövlət Universitetində tələbə şəhərciyi istifadəyə veriləcək

Gəncə Dövlət Universitetində tələbə şəhərciyi istifadəyə veriləcək

7 Oktyabr, 19:28 Sosial mediada paylaşın:

6 mindən çox tələbəsi olan Gəncə Dövlət Universitetinin tələbə yataqxanası ilə bağlı problemi həll olunur. Bu ali təhsil ocağını seçənlər daha kirayədə deyil, müasir standartlara cavab verən tələbə şəhərinciyində qala biləcəklər. Tələbələrin bu arzusu 2020-ci ilin əvvlərindən realllaşacaq.

Gəncə Dövlət Universitetinin hər biri 5 mərtəbədən ibarət 3 yataqxana binası əsaslı təmirdən sonra tələbələrin istifadəsinə veriləcək. 1967-ci ildən istifadədə olan binalarda məcburi köçkünlər məskunlaşdıqlarından bu günə kimi təmir işləri aparılmayıb. Dövlət büdcəsindən ayrılan  vəsait hesabına yataqxana binalarında hazırda kompleks təmir işləri aparılır

Gəncə şəhəri  Dədə Qorqud küçəsində yerləşən və vaxtilə tələbə şəhərciyi tipində inşa edilən 3 və 5 mərtəbli binaların və yeməkxananın təmiri və infrastrukturun yenidən qurulması artıq bir neçə aydır ki, davam etdirilir. İstilik və su sistemləri çəkilir, içməli və yanğın su anbarları tikilir, təhlükəsizliyi sistemi qurulur. Binaların daxilində kosmetik işlər bitdikdən sonra yaşayış və məişət otaqları zəruri avadanlıqlarla təchiz olunacaq.

Layihəyə əsasən tələbələrin dərsdən sonrakı asudə vaxtlarını səmərəli təşkili üçün şəhərcikdə kitabxana, oxu və idman zalları, tibb məntəqəsi və yeməkxana, gənclər üçün idman meydançası və istirahət məkanları yaradılacaq. 

 

Xaliq Qurbanlı

CANLI YAYIM