“Prezident İlham Əliyevin çıxışını bütün zal alqışlayırdı”

“Prezident İlham Əliyevin çıxışını bütün zal alqışlayırdı”

7 Oktyabr, 14:31 Sosial mediada paylaşın:

Dövlət başçısı İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışı və orada səsləndirdiyi bəyanatlar beynəlxalq ekspertlərin diqqət mərkəzindədir. Rusiyalı ekspertlər açıqlamalarında bildiriblər ki, Azərbaycan Prezidenti İlham Əliyev çox güclü şəxsiyyət, böyük siyasətçidir.

Yerli və beynəlxalq eskpertlər bildirir ki, Azərbaycan Prezidentinin Rusiyaya işgüzar səfəri, burada keçirdiyi görüşlər, “Valday” Beynəlxalq Diskussiya Klubunda çıxışı çox mühüm məqamlarla yadda qaldı.

Həmin toplantının iştirakçısı olan Rusiyanın nüfuzlu yazıçısı, tanınmış  ictimai-siyasi xadim, “İzborsk” klubunun sədri və həmtəsisçisi, “Zavtra” qəzetinin baş redaktoru Aleksandr Proxanov toplantıdan sonra fikirlərini bölüşüb.

“Prezident İlham Əliyevin çıxışının əsas ideyası Dağlıq Qarabağ münaqişəsi ilə bağlı idi. Azərbaycan Prezidenti münaqişənin yaranması tarixindən və dalana dirənmiş danışıqlardan ətraflı bəhs etdi. Davam edən hərbi əməliyyatlardan danışdı. Onun çıxışından bir müddət əvvəl erməni snayperinin azərbaycanlı dinc sakini öldürməsi barədə informasiya daxil olmuşdu. Prezident İlham Əliyev İrəvanın “Qarabağ Ermənistandır və nöqtə” iddiasını ehtiva edən formuluna digər – “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı ilə cavab verdi. Prezident İlham Əliyevin çıxışını bütün zal alqışlayırdı”, - deyə Proxanov qeyd edib.

Rusiya Televiziya Akademiyasının üzvü, Rusiyanın tanınmış jurnalisti və televiziya aparıcısı, çoxsaylı sənədli filmlərin müəllifi Arkadi Mamontov isə bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev çox güclü şəxsiyyət, böyük siyasətçidir. “Təsadüfi deyil ki, Rusiya prezidenti Vladimir Putin İlham Əliyevlə dostluq edir, onunla bərabərhüquqlu ünsiyyət saxlayır”, - deyə Mamontov xüsusi vurğulayıb.

Aztv.az

CANLI YAYIM