"Made in Azerbaijan" brendi altında istehsal olunan qida sənayesi məhsulları Almaniyanın Köln şəhərində "Anuga 2019" beynəlxalq ərzaq sərgisində nümayiş olunur.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, oktyabrın 9-dək davam edəcək sərgidə Azərbaycanı 18 yerli şirkətlə təmsil edir.
Bu il sərginin 100 iilik yubileyi qeyd olunur. Sərgidə hər il dünyanın 100-dən çox ölkəsindən şirkətlər öz məhsul və xidmətlərini nümayiş edirlər.