Daha iki ölkənin vətəndaşlarının Azərbaycana giriş-çıxışına icazə verildi

Daha iki ölkənin vətəndaşlarının Azərbaycana giriş-çıxışına icazə verildi

27 Yanvar, 11:08 Sosial mediada paylaşın:

Hava nəqliyyatı vasitəsilə daha 2 ölkənin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycana giriş-çıxışına icazə verilib.

Həmin ölkələr Belarus və Rumıniyadır. Nazirlər Kabineti bununla bağlı müvafiq qərara dəyişiklik edib. Bu ölkələrin vətəndaşlarının hava nəqliyyatı vasitəsilə Azərbaycana giriş-çıxışı üçün tələblər var. 1–18 yaş arasında olan şəxslərin yalnız uçuşdan əvvəl 72 saat ərzində verilən COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd, yaşı 18-dən yuxarı olan şəxslərin isə əlavə olaraq COVID-19 pasportu ilə uçuşuna icazə var. Həmin şəxslərdən Azərbaycanı tərk edərkən test tələb olunmur.

CANLI YAYIM