Mənzillər niyə bahadır? - SƏBƏBLƏR

Mənzillər niyə bahadır? -SƏBƏBLƏR

26 Yanvar, 15:06 Sosial mediada paylaşın:

Son vaxtlar evlərin qiymətində artım müşahidə olunur. Dövlət qurumları tikinti sektorunda fəallığın daha da artırılması, tikinti materialları bazarında qiymətlərin ucuzlaşmasının yollarını axtarır.

Bu məqsədlə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə “Tikinti biznesi: mövcud vəziyyət və perspektivlər” mövzusunda ictimai müzakirələr keçirilib. 14 dövlət qurumunun iştirakı ilə təşkil olunan müzakirələrdə bildirilib ki, mənzillərin baha olmasının bir səbəbi icazələrin verilməsi ilə bağlıdırsa, digər səbəbi tikinti materiallarının ucuz olmamasıdır. Ölkədə istehsal edilən tikinti materialları beynəlxalq keyfiyyət standartlarına cavab versə də, maya dəyərinin baha olması ixraca mənfi təsir göstərir.

İdxal olunan komponentlərin bəzi rüsumlardan azad edilməsi üçün isə Nazirlər Kabinetinə müraciət ünvanlanıb.

CANLI YAYIM