Azərbaycanda koronavirusa qarşı peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda koronavirusa qarşı peyvənd olunanların sayı açıqlanıb

24 Yanvar, 18:46 Sosial mediada paylaşın:

Yanvarın 24-də Azərbaycanda 3 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1, “buster” doza ilə peyvənd olunanların sayı isə 1 nəfər təşkil edib. Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 813 min 843, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 214 min 125, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 729 min 273 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 870 min 445 nəfər təşkil edir.

CANLI YAYIM