AzTV “Qızıl Fond”unu açdı – YENİ LAYİHƏ

AzTV “Qızıl Fond”unu açdı –YENİ LAYİHƏ

17 Yanvar, 15:57 Sosial mediada paylaşın:

Azərbaycan Televiziyası tamaşaçılara yeni layihə təqdim edib.

TV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, layihə “Şərqilər” adlanır.

Hər həftənin bazar günü saat 12:30-da yayımlanan verilişdə AzTV-nin “Qızıl Fond”undan incilər təqdim olunur.

30 dəqiqə ərzində unudulmaz sənətkarların ifasında ötən əsrin ən sevilən nəğmələri, xalq və bəstəkar mahnıları tamaşaçılara təqdim olunur. Hər musiqi nömrəsindən əvvəl aparıcı mahnının tarixi barədə qısa məlumat verir.

“Şərqilər” verilişinin aparıcısı Tofiq Həsənsoydur.

Yeni layihənin ilk buraxılışında “Qızıl Fond”dan Oqtay Ağayevin ifasında “Qaytar eşqimi”, Şövkət Ələkbərovanın ifasında “Dalğalar”, Gülağa Məmmədovun ifasında “Bakı gecələri”, Elmira Rəhimovanın ifasında “Tələbə”, Polad Bülbüloğlunun ifasında “Gəl, ey səhər” mahnısı yer alıb.

CANLI YAYIM