Şimali Koreyanın həyata keçirdiyi raket sınağının təfərrüatı məlum olub.
Rəsmi KSNA agentliyinin xəbərinə görə, bu, yeni tip ballistik raket olub. Sualtı qayıqdan buraxılan raket Yapon dənizinə düşüb. Bukqıkson 3 raketi düşdüyü ərazidə heç bir dağıntı və tələfat törətməyib.
Agentlik həmçinin qeyd edir ki, dəniz-yer tipli Bukqıkson 3 raketini KXDR-in Elmlər Akademiyası layihələndirib.