Kanadada Azərbaycan Mədəniyyəti Günü keçirilib

Kanadada Azərbaycan Mədəniyyəti Günü keçirilib

2 Oktyabr, 17:07 Sosial mediada paylaşın:

Kanadanın Kalqari şəhərində Azərbaycan Mədəniyyəti Günü keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tədbir Alberta Azərbaycan Mədəniyyət Cəmiyyətinin (ALACS) təşkilati dəstəyi ilə baş tutub.

“Azərbaycana mədəni səyahət: Nar bağı” mövzusuna həsr olunan tədbir zamanı yerli əhaliyə və qonaqlara milli musiqi, rəqs, geyim, mətbəx nümunələri, eləcə də təbii nar şirələri təqdim olunub.

Daha sonra rejissor İlqar Nəcəfin "Nar bağı" filmi nümayiş etdirilib. Film tamaşaçılarda böyük maraq doğurub.

ALACS artıq üçüncü dəfədir ki, Kalqari şəhərində Azərbaycan Mədəniyyəti Günü təşkil edir. 2016-2017-ci illərdə soydaşlarımız milli-ənənəvi moda şousu və Azərbaycan toyu mövzularına müraciət etmişdilər.

CANLI YAYIM