“Abşeron. Bolqar rəssamların gözü ilə” adlı sərgi keçirilib - FOTOLAR

“Abşeron. Bolqar rəssamların gözü ilə” adlı sərgi keçirilib - FOTOLAR

2 Oktyabr, 12:32 Sosial mediada paylaşın:

Xalq rəssamı Arif Əzizin təşəbbüsü, UNESCO yanında Dünya Rəssamlıq Akademiyasının və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı ilə “Abşeron. Bolqar rəssamların gözü ilə” adlı interaktiv layihə keçirilib.

AZTV.AZ xəbər verir ki, “ARİF AZİZ ART HOUSE” sənət evində baş tutan layihədə bir həftə ərzində Bolqarıstanın məşhur rəssamlar nəsli Panevlər özünəməxsus bədii tərzdə Abşeron və Xəzər mənzərələri yaradıblar. Lahiyə çərçivəsidə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin tələbələri üçün Xristo Panevin ustad dərsi də baş tutub.

Bu günlərdə “ARİF AZİZ ART HOUSE” sənət evində layihənin yekunları sərgidə nümayiş olunub. Tədbirdə Panevlər nəslini təqdim edən dörd rəssamın – Beynəlxalq İnnovasiyalar Cəmiyyətinin fəxri üzvü, UNESCO yanında Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü, çoxsaylı beynəlxalq sərgi və festivalların iştrakçısı və qalibi Xristo Panev, 2019-cı ildə Dünya Rəssamlıq Akademiyası tərəfindən “İlin rəssamı” seçilmiş İvaneçka Paneva, uzun müddət Avropanın və ABŞ-ın fərqli bədii emalatxanalarında təcrübə alan, bir sıra beynəlxalq sərgi və festivalların iştrakçısı və təşəbbüskarı Qabriel Panev, abstrakt sənət və kollajlara üstünlük verən, rəssam və kurator kimi fəaliyyət göstərən, 2013-ci ildə İstanbul Qadın Sənət Festivalının qalibi olmuş rəssam Petya Panevanın işləri nümayiş olunub.

Tədbirdə Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimləri, ADMİU-nun kollektivi, Bolqarıstanın Azərbaycandakı Səfirliyinin nümayəndələri, tələbələr və jurnalistlər iştirak edib.

CANLI YAYIM