Ordumuzun giziri məzuniyyətdə olarkən qayadan yıxılaraq vəfat edib

Ordumuzun giziri məzuniyyətdə olarkən qayadan yıxılaraq vəfat edib

3 Dekabr, 11:11 Sosial mediada paylaşın:

Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Hüseynov Şahin Şəmisəddin oğlu məzuniyyətdə olarkən bədbəxt hadisə nəticəsində (qayadan yıxılaraq) həlak olub.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, hadisə ilə bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

CANLI YAYIM