Bu gün büdcə zərfi müzakirə olunacaq

Bu gün büdcə zərfi müzakirə olunacaq

3 Dekabr, 10:05 Sosial mediada paylaşın:

Bu gün Milli Məclisin növbəti plenar iclasında büdcə zərfinə daxil olan qanun layihələri 3-cü oxunuşda müzakirə ediləcək.

2022-ci ilin dövlət büdcəsinin xərcləri 29 milyard 879 milyon manat məbləğində təklif olunur ki, bu da ölkəmizin müstəqillik tarixində ən böyük büdcədir. Gələn ilin dövlət büdcəsi əhalinin rifah halının yaxşılaşdırılması, işğaldan azad edilmiş ərazilərə böyük qayıdış və bərpa layihələrinin həyata keçirilməsi üçün şərait yaradacaq. Aztəminatlı ailələrə ünvanlı sosial yardım məqsədilə 208 milyon manat vəsait nəzərdə tutulur.

Büdcədə nəzərdə tutulan səhiyyə xərcləri müstəqillik illərimizin ən böyük səhiyyə xərcləridir.

İcbari tibbi sığorta ilə əlaqədar xidmətlər zərfindəki xidmətlərin sayının 5000-ə çatdırılması təklif olunur. Gələn ilin büdcəsi böyük sosial paket həyata keçirmək üçün yaxşı imkanlar yaradır. Milli Məclisin bu günki iclasının gündəliyinə ümumilikdə 33 məsələ daxil edilib. 

CANLI YAYIM