Rusiya səfirliyi hərbi helikopter qəzası ilə bağlı başsağlığı verib

Rusiya səfirliyi hərbi helikopter qəzası ilə bağlı başsağlığı verib

1 Dekabr, 10:59 Sosial mediada paylaşın:

Rusiyanın Azərbaycandakı səfirliyi ötən gün baş vermiş hərbi helikopter qəzası ilə bağlı başsağlığı verib.

Bu barədə səfirliyin tvitter hesabında yazılıb.

"Dövlət Sərhəd Xidmətinin helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların doğmalarına və yaxınlarına başsağlığı veririk, yaralıların tezliklə sağalmasını arzulayırıq! Allah rəhmət eləsin!" - deyə səfirliyin açıqlamasında qeyd edilir.

Xatırladaq ki, ötən gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

CANLI YAYIM