Ronaldo karyerasını nə vaxt bitirir?

Ronaldo karyerasını nə vaxt bitirir?

1 Oktyabr, 16:58 Sosial mediada paylaşın:

Portuqaliya milli yığma komandasının və "Yuventus"un futbolçusu Kriştiano Ronaldo gələcək karyerası barədə danışıb. 

"SportBible" saytına müsahibəsində 34 yaşlı forvard deyib: "Hələ də futbolu sevirəm. Kriştianonu sevən azarkeşləri və insanları xoşbəxt etməyi sevirəm. Son 5 ildir futboldankənar həyatımda da xoşbəxtəm. Futbolçu karyeramı nə vaxt bitirəcəyəm? Gələn il və ya o biri il nələr olacağını kim bilə bilər ki?!"

Yeri gəlmişkən, K.Ronaldonun hazırkı klubu ilə müqaviləsinin müddəti 2022-ci ildə başa çatır.
 

CANLI YAYIM