Polşa-Belarus sərhədində vəziyyət gərgindir

Polşa-Belarus sərhədində vəziyyət gərgindir

18 Noyabr, 15:49 Sosial mediada paylaşın:

Ötən gecə bir qrup miqrant yenidən Belarusdan Polşa sərhədini keçməyə cəhd edib.

100-ə yaxın mühacir Polşa sərhədçiləri tərəfindən saxlanılıb. Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. İl başlayandan polşalı sərhədçilər 35 mindən çox belə cəhdin qarşısını alıblar. Bu, ötən illə müqayisədə 400 dəfə çoxdur.

Hesablamalara görə, hazırda Belarus ərazisində 20 minə yaxın qanunsuz miqrant var. Polşanın Baş naziri Mateuş Moravetski bununla bağlı fikirlərini Almaniyanın “Bild” qəzetinə müsahibəsində bölüşüb. O, Polşa-Belarus sərhədində miqrasiya böhranının daha da dərinləşə biləcəyini istisna etməyib. Bununla belə, Baş nazir beynəlxalq ictimaiyyətin təzyiqinin təsirli olacağını bildirib. Onun sözlərinə görə, miqrant axını dayandırılsa, Avropa İttifaqı bu insanlara öz vətənlərinə qayıtmağa kömək edəcək.

Mateuş Moravetskinin fikrincə, problemin həllində daha bir addım Vaşinqton sazişinin 4-cü maddəsinin tətbiqi ola bilər. Bu maddəyə əsasən, NATO-ya üzv dövlətlərdən biri təhlükədə olduğunu hesab edərsə, bütün üzv ölkələr təcili məsləhətləşmələr keçirməlidir.

CANLI YAYIM