Son yeddi gündə Avropada COVID-19-dan ölüm halı çoxalıb

Son yeddi gündə Avropada COVID-19-dan ölüm halı çoxalıb

17 Noyabr, 12:32 Sosial mediada paylaşın:

Ötən həftə Avropa regionunda 2 milyon 100 mindən çox insanda koronavirus aşkarlanıb, 28 mindən çox COVID xəstəsi vəfat edib.

Dünya Səhiyyə Təşkilatının məlumatına görə, 7 gün ərzində regionda yoluxmalar 8%, ölüm halları isə 5% artıb. Bir həftədə dünyada yoluxmaların 64, ölüm hallarının 57%-i məhz Avropada qeydə alınıb.

Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus isə bir daha vaksinlərin qeyri-bərabər bölüşdürülməsindən narahatlığını ifadə edib. O qeyd edib ki, vaksinlərin paylaşdırılmasında bərabərsizlik və səhiyyə sahəsində tədbirlərin ardıcıl olmaması pandemiyanın uzanmasına gətirib çıxarır.

Qebreyesus bildirib ki, rəsmi statistikaya əsasən, COVID-19 5 milyondan çox insanın ölümünə səbəb olub, lakin real rəqəmlər bundan xeyli yüksəkdir. Təşkilat rəhbəri hazırkı pandemiyanın əslində həmrəylik böhranı olduğunu vurğulayıb.

 

CANLI YAYIM