Milli Məclisin iclasında 2022-ci ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edilib

Milli Məclisin iclasında 2022-ci ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edilib

16 Noyabr, 18:33 Sosial mediada paylaşın:

Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirələrdən sonra 2022-ci ilin dövlət büdcəsi layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Büdcə müzakirələri sabah davam etdiriləcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin gəlirləri 26 816 000,0 min manat, xərcləri 29 879 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 25 874 497,0 min manat, yerli gəlirləri 941 503,0 min manat, mərkəzləşdirilmiş xərcləri 28 900 041,0 min manat, yerli xərcləri 978 959,0 min manat) məbləğindədir.

 

CANLI YAYIM