Co Bayden ilə Si Cinpin videoformatda müzakirə aparıblar

Co Bayden ilə Si Cinpin videoformatda müzakirə aparıblar

16 Noyabr, 10:24 Sosial mediada paylaşın:

ABŞ Prezidenti Co Bayden ilə Çin lideri Si Cinpin arasında videokonfrans formatında görüş keçirilib.

Tərəflər iki ölkə arasında münasibətlərin inkişafındakı strateji və fundamental problemləri müzakirə ediblər. İki hissədən ibarət görüş ümumilikdə 3 saat 14 dəqiqə davam edib. Si Cinpin bildirib ki, ölkələr təmasları və əməkdaşlığı artırmalıdır. Çin lideri konsensusun əldə edilməsi və iki ölkə arasında münasibətlərin müsbət istiqamətdə inkişaf etməsi üçün ABŞ Prezidenti ilə işləməyə hazır olduğunu vurğulayıb.

Co Bayden öz növbəsində bildirib ki, siyasətçilərin əsas məqsədi ölkələr arasındakı rəqabətin münaqişəyə çevrilməsinin qarşısını almaqdır. 

CANLI YAYIM