Dünyada koronavirusla bağlı son vəziyyət

Dünyada koronavirusla bağlı son vəziyyət

8 Noyabr, 10:54 Sosial mediada paylaşın:

Dünyada indiyədək yeni növ koronavirus aşkarlanan insanların sayı 250 milyon 613 mini ötüb.

Rəsmi statistikalara əsasən, yoluxanların 5 milyon 64 mindən çoxu bu infeksiyanın qurbanı olub.

Avstriyada bu gündən etibarən peyvənd olunmamış şəxslər hotel, restoran, gözəllik salonları, fitnes mərkəzləri, teatr və kinoteatrlara daxil ola bilməyəcəklər.

Bu cür məkanlara yalnız peyvənd və ya immunitet sertifikatı olan şəxslər buraxılacaqlar.

Bundan əlavə, tam vaksinasiya kursundan 9 aydan, xəstəlikdən sağalandan isə 6 aydan çox vaxt keçməməsi vacib şərtdir. Avstriyada məhdudiyyətlərin sərtləşdirilməsi ötən həftə sutkalıq yoluxma sayında antirekordun qeydə alınması və xəstəxanaların yüklənməsi ilə əlaqədardır.

CANLI YAYIM