Taliban xarici valyutadan istifadəyə qadağa qoydu

Taliban xarici valyutadan istifadəyə qadağa qoydu

3 Noyabr, 11:17 Sosial mediada paylaşın:

Əfqanıstanda hakimiyyəti ələ keçirən Taliban hərəkatı ölkədə xarici valyutadan istifadəni qadağan edib.

Qruplaşmadan verilən açıqlamaya görə, mövcud iqtisadi vəziyyət və dövlətin maraqlarına uyğun olaraq hər bir əfqan ticarətdə sadəcə milli valyutadan istifadə etməlidir.

Qeyd edək ki, Əfqanıstan bazarlarında, habelə sərhədyanı əyalətlərdə qonşu ölkələrlə ticarətdə ABŞ dollarından daha geniş istifadə olunur.

CANLI YAYIM