“Şamaxı antologiyası” əlyazmasına dair sərgi təqdim edildi - VİDEO

“Şamaxı antologiyası” əlyazmasına dair sərgi təqdim edildi - VİDEO

30 Sentyabr, 14:53 Sosial mediada paylaşın:

Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən ikinci Nəsimi – şeir, incəsənət və mənəviyyat festivalı davam edir.

Ötən gün Şamaxı tarix-diyarşünaslıq muzeyində “Şamaxı antologiyası” əlyazmasına dair sərginin təqdimatı olub.

89 səhifədən ibarət müntəxabat 1468-ci ildə yazılıb. Hazırda Btritaniya kitabxanasınsa saxlanılan əlyazmada 12 farsdilli şairin seçilmiş əsərləri toplanıb.

Onlardan bizə yalnız Kamal Xocəndi, Hafiz Şirazi, Əbdürrəhman Cami, Əmir Xosrov Dəhləvi, Şahi Sibzavari məlumdur. Əlyazma gözəl nəstəliq xətti ilə, hər birində üç qəzəl olmaqla iki sütuna köçürülüb. Müntəxabat bir ədəd iki səhifəlik və yeddi tək miniatürdən ibarətdir. İkinci Nəsimi – şeir, incəsənət və mənəviyyat festivalında yerli sakinlərlə yanaşı, Türkiyə, Çin, Rusiya, Əfqanıstan, İndoneziya, Fransa, İngiltərə və digər ölkələrdən olan 150 çox qonaq iştirak edib.

Tədbir çərçivəsində Şamaxının Meysəri kəndində dahi mütəfəkkirə həsr edilən “Nəsiminin ruhu” adlı installyasiyanın açılışı olub.

Nəsimi festivalı çərçivəsində Şamaxıda keçirilən silsilə tədbirlərin davamı olaraq qonaqların bir qrupu İmadəddin Nəsiminin qardaşı Şahxəndanın məzarını ziyarət ediblər. Türbənin konservasiyası və ətrafında abadlıq işlərinin aparılması üzrə layihənin müəllifi, avstriyalı bərpaçı-memar Erik Pumer görülən və nəzərdə tutulan işlər barədə qonaqlara ətraflı məlumat verin.

Vəfa Ağabalayeva

CANLI YAYIM