Miqrant düşərgəsində yanğın, qaçqınlarla polis arasında toqquşma oldu

Miqrant düşərgəsində yanğın, qaçqınlarla polis arasında toqquşma oldu

30 Sentyabr, 13:09 Sosial mediada paylaşın:

Yunanıstanın Lesbos adasında yerləşən Moria qaçqın düşərgəsində güclü yanğın baş verib.

Bəzi kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, yanğın nəticəsində iki nəfər – bir qadın və bir uşaq həlak olub. Faciə miqrant düşərgəsində kütləvi iğtişaşlara səbəb olub.

Qaçqınlar yanğınsöndürənlərin düşərgəyə gec gəldiyini iddia ediblər. Miqrantlarla polis arasında toqquşmalar baş verib. Asayiş keşikçiləri onlara qarşı gözyaşardıcı qazdan istifadə ediblər.

Qeyd edək ki, Moria düşərgəsi 3000 miqrant üçün nəzərdə tutulsa da, burada ağır şəraitdə 12 min nəfər yaşayır.

 

CANLI YAYIM