Düşmənin tərk etdiyi daha bir hərbi mövqedən sursat aşkarlanıb

Düşmənin tərk etdiyi daha bir hərbi mövqedən sursat aşkarlanıb

15 Oktyabr, 10:38 Sosial mediada paylaşın:

İşğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı vasitələrdən təmizlənməsi, düşmənin qaçarkən atdığı silah-sursatın tapılıb aidiyyəti üzrə təhvil verilməsi istiqamətində polis orqanları və əlaqədar qurumlar tərəfindən intensiv tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, son günlər keçirilən profilaktik nəzarət tədbirləri nəticəsində Xocavənd rayonu ərazisində düşmənin tərk etdiyi hərbi mövqelərdən xeyli sayda döyüş sursatları aşkar edilib. Həmin tədbirlərin davamı olaraq Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Məmməddərə kəndi ərazisində daha 28 ədəd qəlpəli top və 2 tank mərmisi götürərək aidiyyəti üzrə təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

CANLI YAYIM