“Azərbaycan Odisseyası – Minalar sülhü məhv edir”

“Azərbaycan Odisseyası – Minalar sülhü məhv edir”

12 Oktyabr, 14:45 Sosial mediada paylaşın:

Kolumbiya Televiziyasında “Azərbaycan Odisseyası – Minalar sülhü məhv edir” adlı reportaj yayımlanıb.

Bu ölkənin tanınmış jurnalistlərindən biri Roberto Trobaxonun hazırladığı videomaterialda Qarabağ münaqişəsi haqqında tarixi arayış təqdim edilib. 44 günlük müharibədən sonra bölgədə yaranmış yeni reallıqlardan söhbət açılıb. Reportajda  Ermənistanın 30 ilə yaxın işğalda saxladığı Azərbaycan ərazilərində kütləvi minalama apardığı, bu səbəbdən hərbi əməliyyatların bitməsindən keçən 11 ay ərzində 150-yə yaxın hərbi və mülki azərbaycanlının həlak olduğu və ya yaralandığı bildirilir.

Müəllif Ermənistan rəhbərliyinin mina sahələrinin xəritəsini Azərbaycana verməkdən boyun qaçırdıını da vurğulayıb. Süjetin sonunda Azərbaycan hökumətinin mövcud maneələrə baxmayaraq, ərazilərin minalardan təmizlənməsi sahəsində xeyli iş gördüyü və bölgədə yaşayış infrastrukturunun bərpası üzrə genişmiqyaslı layihələr həyata keçirdiyi  qeyd edilib.

CANLI YAYIM