Bakıda Beynəlxalq Ahıllar Günü ilə bağlı sərgi keçirilir

Bakıda Beynəlxalq Ahıllar Günü ilə bağlı sərgi keçirilir

1 Oktyabr, 16:07 Sosial mediada paylaşın:

Beynəlxalq Ahıllar Günü ilə əlaqədar Bakıda fəal və sağlam yaşlanma mövzusuna həsr olunan fotoşəkillərdən ibarət sərgi təşkil edilib.

Sərgi Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü əsasında icra olunan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin Əhali Fondunun birgə reallaşdırdıqları “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsi çərçivəsində keçirilir.

Üç gün davam edəcək sərgidə yaşlı insanların müxtəlif sahələrdə aktiv fəaliyyətlərini əks etdirən fotoşəkillər təqdim olunub. Birinci vitse-prezidentin Katibliyinin nümayəndəsi Fərqan Abbaszadə qeyd edib ki, layihə yaşlı şəxslərin fəal və sağlam həyat tərzi keçirməsinə yönəlik müxtəlif dəstəkləyici və inklüziv tədbir və proqramları əhatə edir. BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fərid Babayev fəal həyat tərzi sürməyə çalışan yaşlıları cəmiyyət üçün müsbət rol modelləri adlandırıb. DOST Agentliyinin sədri Fərid Məmmədov isə diqqətə çatdırıb ki, Fəal Yaşlanma layihəsi yaşlı şəxslərin aktiv və sağlam həyat tərzi keçirmələrinə dəstək olur.

Fotosərgi növbəti günlər bulvar ərazisində açıq havada davam edəcək.

CANLI YAYIM