Ərdoğan Rusiyaya səfər edib

Ərdoğan Rusiyaya səfər edib

29 Sentyabr, 14:35 Sosial mediada paylaşın:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri başlayıb.

Bu barədə “Anadolu Agentliyi” məlumat yayıb.

Prezident Ərdoğanla birlikdə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun və Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın da Soçiyə gediblər. 

Qeyd edək ki, bu gün Soçidə Ərdoğan və onun rusiyalı həmkarı Vladimir Putin arasında görüş keçiriləcək. Kremlin məlumatına görə, Rusiya və Türkiyə liderləri Suriya, Liviya, Əfqanıstan və Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcək. Eyni zamanda, Rusiya-Türkiyə tərəfdaşlığının siyasi və ticari-iqtisadi sahələrdə müxtəlif aspektlərinin də müzakirəsi planlaşdırılır.

CANLI YAYIM