Qazaxıstan mətbuatında Azərbaycan nümayəndə heyətinin 17-ci Avrasiya Media Forumunda iştirakı ilə bağlı geniş materiallar dərc olunub.
Nur-Sultanda keçirilmiş forumda iştirak edən Azərbaycan nümayəndə heyətinin keçirdiyi görüşlər, aparılan müzakirələr barədə detallı məlumatlar verilib.
Qeyd olunub ki, Azərbaycanın media təmsilçiləri Astana Media Həftəsində (27-28 sentyabr) iştirak üçün dəvət alıb.
Yazılarda o da vurğulanıb ki, Qazaxıstan Azərbaycanla media sahəsindəki əlaqələrini genişləndirmək istəyir.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin tərkibində “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov da olub.
Заинтересованы в сотрудничестве
Ақпарат министрлігінде Әзербайжан делегациясымен кездесу өтті