Türkiyə tərəfi “MED 9” zirvə toplantısının bəyannaməsinə kəskin etiraz edib

Türkiyə tərəfi “MED 9” zirvə toplantısının bəyannaməsinə kəskin etiraz edib

18 Sentyabr, 12:14 Sosial mediada paylaşın:

Avropa İttifaqına üzv olan doqquz ölkə (Fransa, Cənubi Kipr, Xorvatiya, İspaniya, İtaliya, Malta və Portuqaliya) tərəfindən sentyabrın 17-də Afinada keçirilən “MED 9” zirvə toplantısında qəbul olunmuş ortaq bəyannamədə Şərqi Aralıq dənizi, Kipr və qanunsuz miqrasiyaya aid müddəalar əvvəlki illərdə olduğu kimi, qərəzlidir, həqiqəti əks etdirmir və reallıqdan uzaqdır.

Bu fikirləri Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç mövzu ilə bağlı açıqlamasında ifadə edərək sözügedən sənədə kəskin etirazını bildirib.

Nazirliyin rəsmisi vurğulayıb ki, sözügedən bəyannaməni imzalayan Avropa İttifaqı ölkələrini həmrəylik adı altında Yunanıstan və Cənubi Kiprin arxasınca kor-koranə gedərək birtərəfli və tərəfkeş mövqe sərgiləməkdən çəkinməyə dəvət edirik.

CANLI YAYIM