Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstünün fotolarını paylaşıb

Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstünün fotolarını paylaşıb

17 Sentyabr, 13:05 Sosial mediada paylaşın:

Məşhur fotoqraf Reza Deqati sosial şəbəkə hesabında Azərbaycanın dahi şairi Nizami Gəncəvinin dağıdılmış büstünün video və fotolarını paylaşıb.

“Qarabağın işğalı zamanı erməni qoşunları bütün zamanların ən böyük şair və filosoflarından biri olan Nizami Gəncəvinin büstünü təhqir ediblər”, - deyə Reza Deqati yazıb. Fotoqraf qeyd edib ki, bu il dahi şairin anadan olmasının 880 illiyi tamam olur.

CANLI YAYIM