Ölkəmizdə koronavirus əleyhinə vaksin olunanların sayı açıqlanıb

Ölkəmizdə koronavirus əleyhinə vaksin olunanların sayı açıqlanıb

15 Sentyabr, 18:43 Sosial mediada paylaşın:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 65424 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21363, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 44061 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 7745851, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4551501, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3194350 təşkil edir.

CANLI YAYIM