Bədii Şurada bu gün hansı müzakirələr aparılıb?

Bədii Şurada bu gün hansı müzakirələr aparılıb?

13 Sentyabr, 19:37 Sosial mediada paylaşın:

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin nəzdində yaradılan Bədii Şuranın növbəti iclası keçirilib. 

İclas ümumi efir keyfiyyəti, yayımlanan verilişlərin təhlili, pandemiyadan sonrakı fəliyyətin təşkilinin müzakirəsi ilə başlayıb. 

QSC-nin sədri Rövşən Məmmədov genişmiqyaslı struktur islahatları aparıldığını, ideoloji, siyasi istiqamətdən əlavə, yaradıcı, əyləncəli-maarifləndirici məzmunun yaradılması üzərində işlərin getdiyini bildirib. 

Bədii Şura üzvləri AzərbaycanTeleviziyası, “Mədəniyyət” və “İdman” kanallarında nümayiş olunan verilişlərlə, o cümlədən Azərbaycan Radiosunda yayımlanan proqramlarla bağlı fikir mübadiləsi aparıblar, təklif və iradlarını bildiriblər. Yeni mövsümdə daha çox maarifləndirici proqramların yayımlanmsı, gənc auditoriyaya xitab edəcək kontentin yaradılması, eləcə də uşaq verilişlərinin hazırlanmasının əhəmiyyəti xüsusi vurğulanıb. Bədii Şura üzvlərinə tezliklə Azərbaycan Televiziyasının efirində nümayiş olunacaq verilişlər haqqında da məlumat verilib, tok-şouların, debat formalı proqramların məzmun və ideyasının, mahiyyətinin daha da zənginləşdriləcəyi diqqətə çatdırılıb.

CANLI YAYIM