Azərbaycan UEFA-nın reytinq cədvəlində 30-cu pillədə qərarlaşıb

Azərbaycan UEFA-nın reytinq cədvəlində 30-cu pillədə qərarlaşıb

13 Avqust, 14:12 Sosial mediada paylaşın:

Avrokuboklarda üçüncü təsnifat mərhələsinin cavab görüşlərindən sonra UEFA-nın yeni reytinq siyahısı açıqlanıb.

Bu həftə Azərbaycanın aktivinə cəmi 0,250 xal yazılıb.

Həmin xalı ölkəmizə “Qarabağ” Avropa Konfrans Liqasının üçüncü təsnifat mərhələsindəki cavab görüşündə Kiprin AEL komandası üzərində 1:0 hesablı qələbə sayəsində qazandırıb.

Bununla da cari mövsümdə Azərbaycanın xal sayı 1,500-ə çatıb. Son 5 mövsümdə ümumi xal sayı 14,125 olan Azərbaycan hazırda 30-cu pillədə qərarlaşıb. Polşa 14.250 xalla 29-cu, Slovakiya 14.000 xalla 31-ci pillədədir.

CANLI YAYIM